EN

Olivye Jiru “erməni” xislətini nümayiş etdirdi

Fransanın yığmasının keçmiş mərkəz hücumçusu Olivye Jiru özünün “Los Angeles”də geyindiyi futbol köynəyini hərraca çıxarıb.

Arena.az məlumat verir ki, fransız veteran hücumçu bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı dərc edib.

O, bu yazıda öz tarix bilgisizliyini, həmçinin simasızlığını nümayiş etdirib:

“Mən bu xüsusi köynəyi hərraca çıxarmaqdan çox qürur duyuram və bununla fəxr edirəm. Bu köyənyi sentyabrın 25-də ABŞ Kubokunun finalında geyinmişdim. Biz çempion olduq və buna görə də bu köynəyin mənim gözümdə xüsusi dəyəri var. Ümidvaram ki, siz Şərqdə və xüsusən də Ermənistanda təqiblərə məruz qalan xristian qardaş və bacılarımızın xeyrinə səxavət göstərəcəksiniz.
Mən bu yeni qəniməti qazandığım üçün xoşbəxtəm və bilirəm ki, bu ianə bu gün təqib edilən və dəstəyə ehtiyacı olan bütün qardaş və bacılarımıza xeyir-dua verəcək. Beləliklə, İsanın dediyi kimi, aldığınızdan daha çox sevinc bəxş etmək gərəkdir. Bu köynəyi hərraca çıxarmaqdan şərəf duyuram. Mən sizə güvənirəm”, deyə Jiru paylaşıb.

Görünür Jiru 38 illik ömründə bircə dəfə də tarixə nəzər salmağa macal tapmayıb. Şərqlə bağlı vəziyyəti “kor gözləri” görməyən Jirunun gözünün nurunu… qaytarmaq mümkünsüzdür…
Amma “Ermənistan” deyəndə, Jirunun əslində tarixə gömdüyümüz qondarma Artsax Respublikasını nəzərdə tutduğu diqqətdən qaçmır. Eləcə də “təqiblərə məruz qalmış erməni xristianlar” dedikdə, azərbaycanlıların vəhşicəsində qətlində əli olan, azad edilmiş Qarabağdan çaqqal kimi qaçmış əksər qaniçənləri nəzərdə tutduğu da aydındır.

Jiru, ermənilərin öz havadarları ilə birgə Azərbaycan türklərinin başına gətirdiyi Cilovluq Soyqrımı, Quba soyqırımı, Mart soyqırımı, İrəvan soyqırımı, 21 Azər soyqırımı, Sulduz qətliamı, Quqark qırğını, Qara Yanvar, Malıbəyli və Quşçular qətliamı, Qaradağlı soyqırımı, Ağdaban soyqırımı, Ballıqaya soyqırımı, Başlıbel faciəsi haqda bilməyə bilər… Amma XX əsrin ən dəhşətli qətliamlarından olan Xocalı soyqırımı haqda bilməmiş deyil. Odur ki, Jirunun “erməni” xislətini ortaya qoymasına təəccüblənmirik. Sadəcə dost-düşmənimizi bir daha tanıdıq.

Chosen
11
2
arena.az

3Sources