EN

Sevinc Hüseynova: "Artımlar növbəti ildə gözlənilən inflyasiya göstəricilərindən üstündür"

"Fərəhləndirici haldır ki ,dünyada gedən gərgin proseslər, geosiyasi münaqişələr, kəskin iqlim anomaliyaları fonunda dövlət büdcəsinin gəlirlərinin və xərclərinin artması tendensiyası davam edir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclis iclasında büdcə müzakirəsi zamanı deputat Sevinc Hüseynova deyib

Sevinc Hüseynova qeyd edib ki, növbəti ildə dövlət büdcəsinin gəlirlərinin 5,3 faiz artırılaraq 38.3 milyon manat, xərclərinin  isə 4,1 faiz artırılaraq 41.4 milyon manat proqnozlaşdırılması iqtisadiyatımızın dayanıqlığının göstəricisi olmaqla vətəndaşların rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməsinə imkan yaradır: 

"Qeyd olunanlarla yanaşı, büdcə yaranmış ənənəyə sadiq olaraq  sosialyönümlüdür. Bu xərclər prioritet təşkil edərək büdcənin 41 faizini əhatə edir və 2024-cü illə müqayisədə 8,8 faiz çoxdur. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulur. Əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləridə 9.6 faiz artırılır. Bu isə 5 milyon nəfər əhatə edən yeni sosial paketin hazirlanıb həyata kecirilməsinə imkan yaradır. Ən əsası isə artımlar növbəti ildə gözlənilən inflyasiya göstəricilərindən üstündür. Bunlar  ölkə vətəndaşının yaşam tərzinin dövlət siyasətinin mərkəzində saxlanıldiginin, əhalinin rifahının yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdirilması istiqamətində daimə davamlı tədbirlərin keçiriməsinin təzahurudur" .

Əhalinin həssas qrupundan olan şəxslərin maddi təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər , investisiya layihələrini və yenilik olaraq təhsil, səhiyyə, ekologiya və digər sahələrdə pilot layihələrin kecirilməsi nəzərdə tutulur", deyə deputat vurğulayıb.

Qafqaz Rafiqoğlu
Chosen
20
1
qaynarinfo.az

2Sources