EN

Şaxta baba 4 yaşlı uşağa xəsarət yetirdi, saxlanıldı

Almaniyada Milad bazarında Şaxta baba əsəbiləşərək uşağı vurub.

"Unikal" xəbər verir ki, hadisə ölkənin şimalında kiçik dənizkənarı şəhər olan Stralsundda Milad bazarının ərazisində baş verib. Oraya uşaqları ilə gələn 34 yaşlı qadın dörd yaşlı oğlunu Şaxta babanın yanına göndərib. Azyaşlı Şaxta babaya dil çıxarıb və bu Yeni il ssimvolunun xoşuna gəlməyib. O, əsa ilə uşağın üzünə zərbə endirib.

Polis Şaxta babanı saxlayıb. O, sağlamlığa təhlükəli xəsarət yetirməkdə ittiham olunur.

Chosen
5
unikal.az

1Sources