EN

İsrailin Nazirlər Kabineti "Hizbullah"la atəşkəsə dair iclas keçirəcək

İsrail Nazirlər Kabineti noyabrın 26-da "Hizbullah"la atəşkəsə dair iclas keçirəcək.

 

"The Times of İsrael" nəşrinin xəbərinə görə, bu barədə İsrail rəsmisi məlumat verib.

 

Məlumata görə, nazirlər "Hizbullah" hərəkatı ilə atəşkəsi təsdiqləmək niyyətindədirlər və İsrail Baş naziri Benyamin Netanyahu bu səbəbdən Təhlükəsizlik Kabinetini çağıracaq.

 

İclasda nazirlərin Livanda "Hizbullah"la mübarizədə atəşkəs rejimini təsdiqləyəcəkləri gözlənilir.

 

Həmçinin Netanyahu təklif olunan atəşkəs razılaşmasına qəti şəkildə qarşı çıxan regional şuraların rəhbərləri ilə görüşməyi də planlaşdırır.

 

Qeyd edək ki, 60 günlük atəşkəs razılaşması İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını və "Hizbullah"ın bölgədəki mövcudluğunun dayandırılmasını nəzərdə tutur.

Chosen
23
12
senzor.az

10Sources