Bakı. Trend
Tanzaniyanın Dar əs-Salam şəhərində dördmərtəbəli binanınçökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
Trend xəbər verirki, bu barədə Citizen portalı məlumat yayıb. Hadisə noyabrın 16-daşəhərin ən böyük bazarının yerləşdiyi Kariaku rayonunda baş verib.Faciə nəticəsində azı 84 nəfər müxtəlif dərəcəli xəsarət alıb,xilasedicilər yaralıları dağıntılar altından çıxarıblar. Əvvəlcə 13nəfərin öldüyü və 42 nəfərin yaralandığı bildirilmişdi.
Şahidlərin sözlərinə görə, qəzanın mümkün səbəbi binanın yeraltımərtəbələrinin genişləndirilməsi işləri ola bilər. Bununla bağlıhökumət araşdırma aparır və artıq binanın sahibi saxlanılıb. Bubarədə hökumət sözçüsü Tobias Makoba məlumat verib.
Tanzaniya prezidenti Samia Suluhu Həsən hadisədən sonra Başnazir Kassim Majaliwa-ya bölgədəki bütün binaların texnikivəziyyətinə baxış keçirilməsi ilə bağlı göstəriş verib. Bu addımbənzər hadisələrin qarşısını almaq məqsədi daşıyır.
Xilasetmə işləri və araşdırmalar davam edir.