Türkiyədə qanunsuz mərc oynamağı təşviq etdiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılan 16 şübhəlidən biri, məşhur müğənni Serdar Ortaçın ev dustaqlığı ləğv edilib.
Â
Oxu.Az xəbər verir ki, bu barədə "TGRT HABER" məlumat yayıb.
Â
Məlumata görə, ifaçının vəkili ev dustaqlığı şəklində məhkəmə nəzarətinin götürülməsi ilə bağlı vəsatət verib. Müraciəti qiymətləndirən məhkəmə Ortaçın ev dustaqlığını ləğv edib.
Â
Qeyd olunur ki, sənətçinin məhkəməsi dekabrın 24-də İstanbul 25-ci Cəza Məhkəməsində başlayacaq.
Tarix: 26 Noyabr 2024, 22:12Â Â Â