EN

Meksika prezidenti Trampa xəbərdarlıq etdi

Meksika, ABŞ-də mallarına tariflər tətbiq edilərsə, oxşar cavab tədbirləri görəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum bildirib.

Şeynbaum sərhədin hər iki tərəfində müəssisələri olan Amerika avtomobil istehsalçılarına istinad edərək, "Bir tarif əvəzində başqa bir tarifə səbəb olacaq və bu, ümumi şirkətlərimizi təhlükə altına alana qədər davam edəcək" deyib.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp demişdi ki, əgər bu ölkə ABŞ-yə qeyri-qanuni mühacir və narkotik axınını məhdudlaşdırmasa, Meksika mallarına 25 faiz rüsum tətbiq edə bilər. Meksika prezidenti də öz növbəsində mübahisəli məsələlərlə bağlı danışıqlara hazır olduğunu bildirib. Lakin qeyd edib ki, onun fikrincə, narkotiklər Meksikanın deyil, Amerikanın problemidir.

 

Chosen
3
11
bakivaxti.az

10Sources