Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Almaniya niyə “Şimal axını 2”dən istifadə etmir, enerji resurslarını baha qiymətə alır.
“Məsələn, niyə Almaniya rəhbərliyinin öz sənayesi, istehsalçıları və nəhayət, vətəndaşları üçün sırf iqtisadi maraqları və iqtisadi məqsədəuyğunluq maraqlarını rəhbər tutmadığına təəccüb etmək olar”, – Kreml nümayəndəsi bildirib.
Nəticə etibarı ilə bu, Almaniyanın işidir, deyə o, yekunlaşdırıb.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, “Şimal axını” bir düymə ilə işə salına bilər.
DOĞRU.AZ