EN

Qazaxıstan rusiyalılara bank kartlarının verilməsini dayandırır?

“Qazaxıstan hələ də Rusiya vətəndaşlarına bank kartlarının verilməsini dayandırmaq fikrində deyil. Hər halda, Moskva Astanadan müvafiq siqnallar almayıb”.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə üçüncü departamentinin direktoru Aleksandr Sternik deyib.

Jurnalistlər ondan Qazprombank-a qarşı sanksiyalardan sonra Qazaxıstanda bu bankın kartlarına xidmətin dayandırılması fonunda ümumiyyətlə, Rusiya vətəndaşlarına bank kartlarının verilməsinin dayandırılacağına dair məlumatlarla bağlı dual veriblər. Qeyd edək ki, ötən ilin noyabrından

Qazaxıstanda müvəqqəti yaşayış icazəsi olmayan xarici ölkə vətəndaşlarına bank kartlarının verilməsi qadağan edilib.

Sternik bildirib ki, vacib olan həm Rusiyaya səfər edən rusların, həm də onların müraciətlərinə xidmət göstərən bank qurumlarının hərəkətlərinin qanunvericiliyə uyğunluğudur: “ Və hər şeyə icazə verilir, əgər qadağan deyilsə. Biz belə siqnallar almamışıq”.

Onun sözlərinə görə, hətta bir sıra ölkələrin “Mir” kartlarına xidmətdən imtina etdiyi bir şəraitdə də geniş qarşılıqlı hesablaşma mexanizmi bu ödəniş sistemindən kənarda da fəaliyyət göstərir: “Biz Qazaxıstan və eyni çətin vəziyyətdə olan bir çox digər ölkələrlə maliyyə və hesablaşma əlaqələrini davam etdirmək üçün bu imkanlardan istifadə edirik”.

 

Musavat.com

Chosen
20
musavat.com

1Sources