EN

Britaniyada dünyanın ən yaşlı kişisi vəfat edib-FOTO

Böyük Britaniyada dünyanın ən yaşlı kişisi vəfat edib.

Azpost.info bildirir ki, 112 yaşında olan Con Tinnisvud İngiltərənin Soutport şəhərindəki qocalar evində dünyasını dəyişib. Onun ölümünü Ginnesin Rekordlar Kitabının redaktorları rəsmən təsdiqləyiblər.

Tinnisvud Titanik fəlakətindən bir neçə ay əvvəl, 26 avqust 1912-ci ildə Liverpulda anadan olub. İkinci Dünya Müharibəsi zamanı o, maliyyə məsələləri ilə məşğul olduğu Kral Ordu Korpusunda xidmət edib.

Müharibədən sonra Con neft şirkətlərində mühasib işləyib və 60 yaşında təqaüdə çıxıb. O, uzunömürlülüyünün sirrindən danışıb: “Cümə günləri müntəzəm olaraq balıq və cips yemək məni gənc saxladı.”

Tinnisvud 2024-cü ilin aprelində əvvəlki rekordçu, 114 yaşlı venesuelalı Xuan Visente Peresin ölümündən sonra planetin ən yaşlı adamı olub. Conun ailəsi onun son gününün “sevgi ilə dolu” olduğunu qeyd edərək, diqqət və qayğıya görə tibb işçilərinə təşəkkür edib.

Azpost.info

Chosen
16
azpost.info

1Sources