Netanyahu nazirlərlə Livanda atəşkəs planını müzakirə edəcək
“Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim edəcəyəm”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xüsusi televiziya müraciətində bildirib.
Baş nazir qeyd edib ki, planın etibarlılıq müddəti hadisələrin inkişafı ilə müəyyən ediləcək:
“Bu gecə Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti nə baş verəcəyindən asılıdır. ABŞ ilə tam əməkdaşlıq şəraitində biz tam hərbi əməliyyat azadlığını qoruyub saxlayırıq. “Hizbullah” razılaşmaları pozarsa və buna cəhd edərsə. silahlansa, hücum edəcəyik, əgər “Hizbullah” sərhədimizə yaxın ərazidə terror fəaliyyətlərini davam etdirməyə və ya raket atmağa cəhd edərsə, hücum edəcəyik”, - Baş nazir bildirib.
Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək.
Hökumət başçısı atəşkəsə razılıq vermək qərarını hazırda üç əsas amil ilə izah edib: