Sabah Bakı vaxtilə saat 19.30-da UEFA Konfrans Liqasının 4-cü turunda Moldovanın "Petrocub" komandasını qəbul edəcək Türkiyənin "RAMS Başakşehir" klubunun baş məşqçisi Çağdaş Atan brifinq keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi bu oyuna qədər Konfrans liqasında çox ağır və gözlənilməz nəticələr aldıqlarını bildirib və qeyd edib ki, artıq geridönüş etməyin zamanı gəlib: "İndiyə qədər bu liqada bizə yaraşmayan 2 ağır aydan keçirik. Gözləmədiyimiz və xəyal qırıqlığı ilə dolu nəticələr aldıq, ancaq indi ayağa qalxmağın vaxtıdır. Bəzən sıçrayış üçün əyilmək lazımdır, amma biz bir az çox əyilmişik. Sabahlı oyunda isə artıq qələbəyə sıçrayacağıq. Biz qələbə qazanaraq hədəflərimizə irəliləyəcəyik".
Firudin Səfərli
MİA.AZ