Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi ABŞ-yə təhvil verilməyən F-35 qırıcılarını qəbul etmək üçün yenidən sorğu göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər bildirib.
"Orada (ABŞ-də - red.) 6 ədəd F-35 təyyarəmiz var. İndi gördülər ki, biz Kaan düzəldirik, münasibəti dəyişdi. Təyyarəni köçürə biləcəklərini deyirlər. Biz onlara yenidən F-35 almaqla bağlı sorğu göndərdik”, - deyə nazir qeyd edib.
Bizim.Media