EN

Paşinyandan qəribə addım: Aİİ İqtisadi Şurasının iclasını Rusiyada keçirir

Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası Avrasiya İqtisadi İttifaqına sədrlik edən Ermənistanda deyil, Sankt-Peterburqda keçiriləcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Onun sözlərinə görə, dekabrın 25-də baş tutacaq sammitə Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək: “Görüş Ermənistan tərəfinin xahişi ilə Rusiya ərazisində təşkil olunub, baxmayaraq ki, iclasa Ermənistanın baş naziri Paşinyan sədrlik edəcək”.

“Dəvətnamələr göndərilib”, - deyə Rusiya prezidentinin köməkçisi əlavə edib.

 

Musavat.com

Chosen
15
1
musavat.com

10Sources