EN

Banqladeşdə bir gündə 990 nəfər dang qızdırması ilə xəstəxanaya yerləşdirilib

Banqladeşdə son 24 saatda dang qızdırması səbəbindən 990 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər ölüb.

Qaziler.az bildirir ki, "Dhaka Tribune"nin verdiyi məlumata görə, Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi, ağcaqanadlar vasitəsilə bulaşan dang qızdırması səbəbiylə bu il həyatını itirənlərin sayının 471-ə yüksəldiyini açıqlayıb.

Açıqlamada bildirilib ki, son 24 saat ərzində dang qızdırması diaqnozu qoyulan 990 xəstə yüksək hərarət şikayəti ilə xəstəxanalara yerləşdirilib, 10 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Açıqlamada həmçinin ilin əvvəlindən bu yana 88 min 715 nəfərə dang qızdırması diaqnozunun qoyulduğu bildirilib.

Banqladeşdə 2023-cü ildə 321 min 179 dang qızdırması hadisəsi qeydə alınıb və 1705 nəfər ölüb.

QAZİLER.AZ

Chosen
15
2
qaziler.az

4Sources