Netanyahu atəşkəsin müddətinin hadisələrin gedişatından asılı olacağını, İsrailin “Hizbullah”ın hücum edəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxladığını deyib.
“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır. Birləşmiş Ştatlarla tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. “Hizbullah” razılaşmaları pozarsa və silahlanmağa çalışarsa, hücum edəcəyik. Əgər “Hizbullah” sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd etsə, hücum edəcəyik”, - baş nazir bildirib.
Netanyahu “Hizbullah”ın heç vaxt əvvəlki kimi olmayacağını vurğulayaraq sözlərinə belə davam edib: “Biz onları onilliklərlə geriyə salmışıq. Əsəd də odla oynadığını başa düşməlidir. Müharibə, məqsədlərinə çatana və şimal yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıtmayana qədər bitməyəcək”.
Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı hazırda atəşkəsə razılıq vermək qərarını üç əsas mülahizə ilə izah edib; İran təhlükəsinə diqqətdə saxlamaq, ölkənin silah təchizatını artırmaq və qüvvələri bərpa etmək, HƏMAS-ı təcrid etmək.
Netanyahu əməliyyatlar sayəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı, təşkilatın liderlərini, silahlarının çoxunu, minlərlə döyüşçüsünü və əsas infrastrukturunu məhv etdiklərini qeyd edib.
10Sources
-
nocomment.azNetanyahu Livanda atəşkəslə bağlı planını hökumətin müzakirəsinə təqdim edəcək ( 13409218)
-
demokrat.azNetanyahu Livanda atəşkəslə bağlı planını hökumətin müzakirəsinə təqdim edəcək ( 13409086)
-
azpost.infoNetanyahu Livanda atəşkəslə bağlı planını hökumətə təqdim edəcək ( 13408783)
-
apa.azNetanyahu Livanda atəşkəslə bağlı planını hökumətin müzakirəsinə təqdim edəcək ( 13408489)
-
missiya.azNetanyahu Livanda atəşkəs planını hökumətin müzakirəsinə təqdim etmək qərarına gəlib ( 13408261)
-
poliqon.infoNetanyahu Livanda atəşkəs planını hökumətin müzakirəsinə təqdim etmək qərarına gəlib ( 13408042)
-
apa.azNetanyahu Livanda atəşkəs planını hökumətin müzakirəsinə təqdim etmək qərarına gəlib ( 13407916)
-
unikal.azNetanyahu sülh üçün nazirləri toplayır ( 13407964)
-
ucnoqta.azNetanyahu Livanda atəşkəs planını nazirlərlə müzakirə edəcək ( 13407721)
-
unikal.azG7 xarici işlər nazirləri İtaliyada toplaşır ( 13405261)