EN

ABŞ Türkiyəyə "F-35" qırıcılarının təhvil verilməsinə razılıq verib

ABŞ Türkiyəyə təhvil verilməmiş "F-35" qırıcı təyyarələrinin tədarükü ilə bağlı mövqeyini dəyişib və bu məsələ üzrə müsbət yanaşma nümayiş etdirib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər məlumat verib.

Nazirin sözlərinə görə, hazırda ABŞ-da Türkiyəyə məxsus 6 ədəd "F-35" təyyarəsi mövcuddur. Gülər bildirib ki, Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan "KAAN" istehsalını görən ABŞ tərəfi münasibətini dəyişərək, bu təyyarələrin təhvil verilə biləcəyini ifadə edib.

"Biz onlara "F-35" almaq təklifini yenidən göndərdik," - deyə nazir vurğulayıb.

Bu addım, iki ölkə arasında müdafiə sahəsində yaranmış gərginliklərin yumşalmasına və tərəflər arasında hərbi-texniki əməkdaşlığın bərpasına işarə kimi qiymətləndirilir.

Chosen
11
1
day.az

2Sources