EN

Avstraliya Parlamenti 16 yaşdan kiçiklərə sosial media qadağasını təsdiqlədi

Bakı. Trend:

Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatası 16 yaşdankiçik şəxslərə sosial şəbəkələrdən istifadənin qadağan olunmasınınəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Trend xəbər verirki, Parlamentin rəsmi saytında yayımlanan məlumata görə, qanunlayihəsi 115 deputatdan 102-nin lehinə səsi ilə qəbul edilib.Əleyhinə səs verənlər arasında Yaşıllar Partiyasının bütünfraksiyası və bir neçə müstəqil deputat olub.

Qanun layihəsi yaxın günlərdə Senata təqdim ediləcək və buradada böyük ehtimalla senatorların dəstəyini alacağı gözlənilir.

Avstraliyanın Baş Naziri Entoni Albanese qanun layihəsini şəxsəntəqdim edərək, həftənin sonuna qədər onun “şərtsiz təsdiq”ediləcəyinə ümid etdiyini bildirib.

Chosen
32
1
az.trend.az

2Sources