EN

Tramp yeni ticarət müharibəsinə başladı: Üç ölkəyə ağır...

Tramp prezident vəzifəsinə başlayacağı gündən etibarən 3 ölkəyə ağır gömrük rüsumu tətbiq edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, Meksika və Kanadadan gələn məhsullara 25%, Çinə isə əlavə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Sərhəd təhlükəsizliyini və narkotik qaçaqmalçılığı ilə mübarizəni səbəb kimi göstərən Trampın bu qərarının yeni qlobal ticarət müharibəsinə başlaya biləcəyi və dünya iqtisadiyyatına zərər verə biləcəyi bildirilir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də vəzifəyə başlayacaq. 

Nərmin Mahmudova
Milli.Az

Chosen
10
1
milli.az

10Sources