EN

Ukrayna münaqişəsinin həlli üçün əsas şərtlər açıqlanıb

Ukrayna

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin həlli yollarının əsas şərtlərini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Rusiyanın baş diplomatı Sergey Lavrov Ukraynadakı münaqişənin mümkün həlli şərtlərindən danışarkən əsas səbəbləri aradan qaldırmağın vacib olduğunu deyib.

Nazir bunların arasında Qərb istiqamətində Rusiyanın təhlükəsizliyinə təhdidlərin aradan qaldırılmasını, cümlədən NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasını xüsusi qeyd edib.

Lavrov, həmçinin Kiyevin “rusların və özlərini Rusiya və rus mədəniyyəti ilə əlaqələndirən pravoslav inanclı insanların hüquqlarını pozmasından” da söz açıb.

E. KAMAL
Chosen
17
reyting.az

1Sources