EN

3 yaşlı körpə öldü, ana həbs edildi - FOTO

Ankarada yaşayan Nuriyyə S. noyabrın 19-da saat 08.30 radələrində “Qızım ölür” deyərək qonşularından kömək istəyib və mütəxəssis çavuş olan ərinə məlumat verib.

News24.az xəbər verir ki, Nuriyyə S. qızının çarpayıdan yıxılaraq yaralandığını iddia edib.

Evə gələn ata Ö.S qızını qucağına alaraq yaxınlıqdakı xəstəxanaya aparıb.

Burada aparılan müayinələr zamanı Elif İkra S.-nin bədənində döyülmə izləri və qabırğalarda sınıqlar aşkar edilib. Elif İkra S.-ni 2 gün sonra həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Elif İkra S.-nin ölümü ilə əlaqədar hazırlanan ilk yarılma hesabatı istiqamətində, ana Nuriyyə S. nəzarətə alınıb.

Nuriyyə S. ilk ifadəsində "Evdə oynayarkən çarpayıdan yıxıldı. Sonra huşunu itirdi" deyib.

Günel Məlikzadə



ANA HƏBS OLUNUB

Qızına qarşı zorakılıq tətbiq etdiyi və təhqir etdiyi iddia edilən Nuriyyə S. göndərildiyi növbətçi hakimlikdə həbs edilib.


Hadisə ilə bağlı istintaq davam edir.


Chosen
28
news24.az

1Sources