Rusiya qüvvələri bu gecə pilotsuz təyyarələr ilə Kiyevə hücum edib. Paytaxtın Dnepr rayonunda dağıntılar qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, qeyri-yaşayış infrastrukturuna ziyan dəyib. Zərərçəkmişlərdən biri hadisə yerində tapılıb və tibb müəssisəsinə yerləşdirilib. Ümumilikdə, iki nəfər xəsarət alıb.
"İki qurban var, onlardan biri Dnepr rayonundakı evin dağılması nəticəsində xəsarət alıb", - Kiyev meri Vitaliy Kliçko "Telegram"-da yazıb.