EN

ABŞ hərbçiləri Suriyada İranın dəstəklədiyi qruplaşmanın silah anbarını vurdu-DETALLAR


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb ki, Suriyada İranın dəstəklədiyi silahlı qruplaşmaya aid silah anbarına hava zərbəsi endirilib.

Musavat.com xarici KİV-ə istinadən bildirir ki, hava hücumu regiondakı ABŞ qüvvələrinə və müttəfiqlərinə qarşı həyata keçirilən təhdidlərin qarşısını almaq məqsədilə baş tutub. Komandanlığın açıqlamasına görə, hücum hərbi fəaliyyətlərdə iştirak edən qruplaşmanın imkanlarını məhdudlaşdırmaq və gələcək təhlükələrin qarşısını almaq məqsədi daşıyır.

ABŞ rəsmiləri qeyd edib ki, hücum sivil əhali üçün heç bir təhlükə yaratmayıb və yalnız hərbi obyektlər hədəfə alınıb. Komandir general Erik Kurilla bildirib: "Biz regionda təhlükəsizliyi təmin etmək və qüvvələrimizi qorumaq üçün lazım olan tədbirləri görməkdə qətiyyətliyik".

Suriyada İranın dəstəklədiyi qruplaşmalar son illərdə ABŞ hərbçiləri və müttəfiqlərinə qarşı hücumlar təşkil edir. Bu zərbə isə ABŞ-ın bölgədəki strateji maraqlarını qorumaq üçün atdığı addımlardan biri kimi qiymətləndirilir.

Regionda vəziyyətin daha da gərginləşməməsi üçün diplomatik səylərin davam etdirildiyi də vurğulanıb.

Chosen
23
musavat.com

1Sources