Noyabrda keçirilən prezident seçkilərində məğlub olan ABŞ-ın vitse-prezidenti Kamala Harrisin 2028-ci il seçkilərində iştirak etmək imkanı var.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşrin məlumatına görə, Harris siyasi karyerasını davam etdirməyi planlaşdırır və köməkçilərinə nəinki növbəti prezident seçkilərində iştirak, həm də Kaliforniya qubernatorluğuna namizəd olmaq da daxil, bütün mümkün variantları araşdırmağı tapşırıb.
Kaliforniyanın hazırkı demokrat qubernatoru Gavin Nevsom 2026-cı ildə səlahiyyət müddətini başa vuracaq.
"Cebheinfo.az"