EN

Mask Baydenin Kiyevə vəsait ayırmaq tələbini anormal adlandırıb

İlon Mask Baydenin Ukraynaya 24 milyard dollar ayırmaq tələbini anormal vəziyyət olaraq dəyərləndirib...

Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Co Baydenin Ukraynaya əlavə hərbi yardım üçün Konqresdən gizli şəkildə 24 milyard dollar istəməsi ilə bağlı məlumatı mənfi qarşılayıb.

Poliqon xəbər verir ki, milyarder Baydenə etirazını X şəbəkəsindəki səhifəsində bildirib.

“Bu normal deyil”, deyə Mask yazıb.

Qeyd edək ki, İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın çevrəsinin bir hissəsidir, o və iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyini artıracaq və bürokratiya ilə mübarizə aparacaq yeni departamentə rəhbərlik edəcək.

Xatırladaq ki, bu gün Politico nəşri Baydenin gizli şəkildə Konqresdən Kiyevə hərbi yardım və daha əvvəl Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş silahların müqabilində Amerikanın silah ehtiyatlarının artırılması üçün əlavə 24 milyard dollar istədiyini yazıb.

Qəzetin mənbələrinin sözlərinə görə, Ağ Ev Konqresin əvvəllər Ukrayna ordusuna göndərilmiş silah ehtiyatlarının artırılması üçün 16 milyard dollar ayıracağını gözləyir. Ukrayna üçün silah istehsalı üçün hərbi-sənaye şirkətləri ilə müqavilələr bağlamaq üçün daha 8 milyard dollar ayrılması təklif edilir.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources