EN

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib? - Nazirlik AÇIQLADI

Gənclər və İdman Nazirliyi Naxçıvan Şahmat Federasiyasının ləğv olunması ilə bağlı açıqlama yayıb.

Modern.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada federasiyanın öz qərarı ilə ləğv edildiyi bildirilib: 

“Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Qeyd edək ki, Naxçıvan Şahmar Federasiyası ötən gündən fəaliyyətini dayandırıb. Şahmat Federasiyasının rəhbəri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.

Chosen
4
24
modern.az

10Sources