EN

Britaniya kral ailəsinin sadə həyat sürən üzvləri (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Kral ailəsinə mənsub insanlar hesab edirlər ki, onların bank hesablarında, böyük fabriklərində və dəbdəbəli evlərində külli miqdarda pul var, lakin bu, yanlış təsəvvürdür.

Hafta.az-ın yazdığına görə, varlı hesab etdiyimiz kral ailəsinin üzvləri düşündüyümüzdən də pis maliyyə vəziyyətində ola bilər. Onların arasında adi həyat tərzini seçənlər də az deyil.

Şahzadə Amalya

O, kral ailəsinin ən gözəl nümayəndələrindəndir. Amalya taxt-taca 37-ci olan şahzadə Çarlzın qardaşı qızıdır. Uşaqlıqdan Amalya Vindzor model olmaq arzusunda idi. İndi o, uşaqlıq arzusuna çatdı, bir neçə dəfə Dolce & Gabbana moda nümayişlərində və moda jurnallarının üz qabığında göründü.

Amalya hazırda moda evlərinin necə işlədiyini öyrənmək üçün dünyanı gəzir.

Lord Frederik

Dostları onu sadəcə Freddi adlandırırlar. O, Kent şahzadəsi Mayklın yeganə oğludur və taxt-tac üçün 47-cidir.

Şayiələrə görə, 2002-ci ildə şahzadə Annaya son ehtiram göstərilərkən o başqa bir yerdə ziyafət verirmiş. Ona görə də indiyədək qohumları bunu unuda bilmirlər.

Frederik sonradan evləndi və moda, musiqi jurnalistikası və bank işində çalışdı.

Şahzadə Qabrielle

Frederikin bacısı müxtəlif qəzet və jurnallar üçün bir neçə məqalə yazıb. O, jurnalist Etiş Tasirlə romantik münasibəti və bununla bağlı münaqişələri ilə də tanınır. Lakin kral ailəsi bu barədə şərh verməyib.

Şahzadə Rouz Gilman

Kraliça Vindzorun əmisinin qızı Rouz Gilman taxt-taca 32-ci sıradadır. O, iş adamı ilə evlidir, “Kiçik Britaniya” serialında rol alıb, “Harri Potter və Feniks ordeni” və “Marqaret Tetçer” filmlərində satış şöbəsində işləyib.

Zara Tindall

Şahzadə Annanın yeganə qızı, taxtda 17-ci sıradadır. Atçılıq ustası kimi tanınan Zara Tindoll 2012-ci il London Olimpiadasında gümüş medal qazanıb.

Piter Filips

Zara Tindallın qardaşı şahzadə Annanın oğlu, taxt-taca 14-cü sıradadır. O, Formula 1, Jaguar və Royal Bank of Scotland direktorlar şurasının üzvüdür. 2016-cı ildə Filips Kraliçanın hakimiyyətdə qalma rekordunu qıran genişmiqyaslı bayramın təşkilatçılarından olub.

Şahzadə Beatris

Şahzadə Endrünün böyük qızı, taxt-taca 8-ci sıradadır. O, özünü müxtəlif sahələrdə sınayıb. Beatris mağazada satıcı və jurnalistika sahəsində çalışıb. Bu gün o, müxtəlif tədbirlərdə müştəriləri müşayiət edən biznes məsləhətçisidir. O, Davosda keçirilən iqtisadi forumda Afiniti şirkətinin yaradıcısını müşayiət edib.

Şahzadə Yevgeniya

O, Hauser & Wirth müasir incəsənət qalereyasının direktoru kimi tanınır. Şahzadə Yevgeniya uşaqlıqdan rəsm çəkməyə maraq göstərdiyi üçün bu sahəni seçib.   

Chosen
21
hafta.az

1Sources