EN

"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum"

Almaniyanın keçmiş kansleri Angela Merkel yeni işıq üzü görən kitabında geniş bir hissəni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ayırıb.

Publika.az xəbər verir ki, Merkelin “Azadlıq: Xatirə 1954-2021” adlı kitabda Ərdoğanla Mabeyn malikanəsində görüşü və oturduqları taxtlarla bağlı yazdıqları diqqət çəkib.

O, 2005-ci ildə vəzifəyə gəldikdən sonra 12 dəfə səfər etdiyi Türkiyədə və beynəlxalq görüşlərdə saysız-hesabsız bir araya gəldiyi Ərdoğan haqda geniş yazıb.

Keçmiş kansler İstanbul səfərinin Yıldız Sarayındakı hissəsinin Almaniyada reaksiyalara səbəb olduğunu bildirib:

"İstanbul səfərim sərt şəkildə tənqid olundu. İki kürsü, daha doğrusu iki qızıl taxt buna səbəb idi. Birində Ərdoğan, digərində mən oturdum. Bu kreslolarda təkcə foto üçün deyil, söhbətimiz zamanı da oturmuşduq. Mən bunları gözəl hesab etdim, lakin başqa nüanslara diqqət yetirmədim. Amma yazıldı ki, mən Ərdoğanın sarayında bir hökmdar kimi onun qarşısında qorxdum, hətta lazım gələrsə qarşısında yerə diz çökə bilərdim.

Chosen
8
1
publika.az

1Sources