EN

Azyaşlı uşağı olan yataq xəstəsi qadının borca görə qazı kəsilib, sosial müavinət də almır ...

Kürdəmir Rayon İcra Hakimiyyəti bu xanım Ruhiyədir. Sizin sakindir, yataq xəstəsidir, 5 yaşlı balası bizdədir, baxmayaraq ki, ana övladının mənim qəyyumluğumda olmasına görə müraciət etsə də siz hələ ötür-ötür oyunu oynayırsınız. Amma məsələ bu deyil...

Ucnoqta.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə yazıb. Kəmalə Ağazadə qeyd edir ki, bu qadın 2 həftə öncə müraciətdən sonra xəstəxanaya yerləşdirilib:

"Ehtimal var ki, ayaqları amputasiya olunacaq. Bu arada onu da yazım...Hələ də təqaüd təyin olunmayıb... Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yəqin yadınızdan çıxıb... Qadına baxan yoxdur,evində qazı kəsilib və hal hazırda soyuqdan ölür...Göndərdiyimiz qida bitdikdən sonra ölümü daha da sürətlənəcək...

Qaza borcu var...Amma evinə heç yerdən pul gəlmir.. Azəriqaz İB xahiş edirik, icra hakimiyyəti ilə birgə bu problemi həll edin...

Nə edək, #dostlar?

Başçının müavini demişdi ki, əlimizdən gələni edəcəyik! Vəsilə xanım ,lütfən deyin,əlinizdən gəlib keçən nə oldu bu zavallı qadınla bağlı..."

Chosen
9
ucnoqta.az

1Sources