EN

Arıqlama dərmanları ölüm riskini azaldır

Arıqlama

Arıqlamaq üçün qəbul edilən dərmanlar böyrək funksiyasının pisləşməsini (5-dən 1-ə qədər) azalda bilir. Bu, bir araşdırma nəticəsində üzə çıxıb.

Reyting.az
xəbər verir ki, “Lancet Diabetes and Endocrinology” jurnalında dərc olunan araşdırmaya görə, mütəxəssislər 85 mindən çox insanın iştirak etdiyi 11 irimiqyaslı kilo itkisi dərmanının kliniki sınaqlarını təhlil ediblər.

Qrupa 2-ci tip şəkərli diabet və ürək-damar xəstələri, çəkisi artıq, lakin 2-ci tip diabeti olmayan insanlar daxil olub. Sınaqlar arasında semaqlutid və 7 fərqli arıqlama dərmanı araşdırılıb. Dərmanların böyrək çatışmazlığı riskini 16 faiz, böyrək funksiyasının pisləşməsini isə 22 faiz azaltdığı müəyyən edilib.

Qeyd edilir ki, bu dərmanların qəbulu ümumilikdə böyrək çatışmazlığından ölüm riskini 19 faiz azaldır.

V. QULİYEV
Chosen
8
reyting.az

1Sources