EN

İranda məcburi hicab qaydalarına əməl etməyən 10-na yaxın iş yeri bağlanıb

İran hakimiyyəti Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində məcburi hicab qaydalarına əməl edilməməsi səbəbindən ona yaxın iş yerini bağlayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Marağa şəhər polis idarəsinin rəisi Əhməd Farsi məlumat verib. 

Onun sözlərinə görə, daha 145 iş yerinə xəbərdarlıq edilib. 

Farsi bildirib ki, yeddi iş yeri, kafe, restoran və toy salonu “hicab qaydalarının pozulması və İslam qaydalarına riayət olunmadığına” görə bağlanıb.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
6
3
missiya.az

5Sources