EN

Kişi pay torpaq sahəsinin bölünməsi ilə bağlı keçmiş arvadını döyərək xəsarət yetirdi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə 11 iyun 2024-cü ildə, saat 22 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.


Belə ki, İmran Yusifov keçmiş arvadı, zərərçəkmiş İlahə Fərəcova (şərti) ilə pay torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında narazılıq baş verib və onlar mübahisə edib. O, mübahisə əsnasında zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə qadının sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaq nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.


Hadisədən sonra İlahə Fərəcova DİN-in “102 xidməti”nə zəng edib məlumat verib və İmran Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edib.


Kamal Məmmədov 

Tarix: 27 Noyabr 2024, 11:14   
Chosen
5
5
pravda.az

5Sources