EN

Co Bayden Konqresə gizli sorğu göndərdi: Ukraynaya daha 24 milyard ayırın

ABŞ prezidenti Co Bayden Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və Kiyevə göndərilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün Konqresə gizli sorğu göndərib.

Editor.az bildirir ki, bu barədə “Politico” yazıb. Konqresdəki mənbələrin nəşrə verdiyi məlumata görə, Ağ Ev konqresmenlərin “Amerika ehtiyatlarını artırmaq” üçün 16 milyard dollar ayırmağa razılaşacağını gözləyir və daha 8 milyard dolların Ukraynaya “Təhlükəsizliyə Yardım Təşəbbüsü” (USAI) vasitəsilə təsdiq edilməsi təklif edilir.

Bu, Pentaqonun birbaşa ordu anbarlarından avadanlıq və digər yardım təmin etməkdənsə, istehsalçılarla müqavilə bağlamasını nəzərdə tutur. “Politico” öz növbəsində, Konqresin Baydenin tələbinə razılıq vermə şansını “kiçik” olaraq qiymətləndirib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ prezidenti Co Bayden gələn il Ukraynanı münaqişəni davam etdirmək üçün lazım olan hər şeyi təmin edəcək. Noyabrın 13-də o, Ağ Evin Ukraynaya yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başladığı 20 yanvara qədər Konqresin təsdiq etdiyi “hər dollar” vəsaiti təmin etmək niyyətində olduğunu deyib. Pentaqon daha sonra aydınlaşdırıb ki, hər həftə silah göndərilməsi planlaşdırılır. Söhbət bu məqsədlər üçün ayrılan 9 milyard dollardan gedir. Bundan əlavə, ABŞ Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsini silə bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
5
1
editor.az

2Sources