EN

Gürcüstanın hakim partiyası prezidentliyə namizədin adını açıqlayıb

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının prezidentliyə namizədi bəlli olub...

APA-nın “Sputnik-Грузия”ya istinadən xəbərinə əsasən, bu barədə partiyanın qurucusu Bidzina İvanişvili Siyasi Şuranın iclasından sonrakı brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, şura bu posta Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Mixail Kavelaşvili 11-ci çağırış Gürcüstan parlamentinin deputatıdır. O, 2016-2020-ci illərdə “Gürcü Arzusu — Demokratik Gürcüstan” seçki blokundan 9-cu çağırış Milli Məclisin deputatı, 2020-ci ildən isə 10-cu çağırış parlamentinin deputatı olub. 2022-ci ildə Mixeil Kavelaşvili Sozar Subar və Dimitri Xundadze ilə birlikdə “Gürcü arzusu”nu tərk edərək “Xalq hakimiyyəti” partiyasına qoşulub. 2024-cü il martın 20-dən “Xalq Hakimiyyəti” partiyasının siyasi katibidir.

Xatırladaq ki, prezident seçkisi dekabrın 14-də keçiriləcək.

Poliqon.info

Chosen
18
1
poliqon.info

2Sources