EN

Paşinyan Sarkisyan komandasının üzvlərini irəli çəkir – Səbəbini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan komandasında həyata keçirdiyi dar dəyişikliklərin səbəblərini izah etməyə çalışıb.

“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, onun xahişi ilə istefa verən 6 yüksək rütbəli məmurun yerinə artıq dördü təyin edilib və ya namizədliyi irəli sürülüb.

Paşinyanın təklifi ilə daxili işlər nazirinin müavini Arpin Sarkisyan daxili işlər naziri vəzifəsinə, Armavir qubernatoru Davit Xudatyan ərazi idarəetmə naziri vəzifəsinə, Baş prokurorun müavini Artur Poqosyan isə İstintaq Komitəsinin sədri vəzifəsinə təyin edilib. Paşinyan bildirib ki, Dövlət Gəlirləri Komitəsinin sədri vəzifəsinə bitərəf, maliyyə nazirinin müavini Eduard Akopyan təyin olunacaq. O, 2022-ci ildən nazir müavini vəzifəsini tutur.

Paşinyan təyinatlarına toxunaraq bu məmurları iki qrupa ayırıb. Onun təsvirinə görə, birinci qrupda seçki süzgəcindən keçmiş, xalqın etimadını qazanmış və bu etimadı səmərəli şəkildə yerinə yetirmiş inqilab komandasının üzvləri təmsil olunurlar. Baş nazir ikinci qrupda əvvəlki hakimiyyət dövründə müxtəlif dövlət sistemlərində çalışan məmurları təsnif edib ki, onlar, Paşinyanın fikrincə, hakim çoxluğun ideologiyası ilə bağlı lazımi konsensus nümayiş etdirinblər və hakim komandanın bir hissəsinə çevriliblər.

Məsələn, yeni təyin olunmuş daxili işlər naziri, 30 yaşlı Arpin Sarkisyan kiçik yaşlarından dövlət vəzifələrində çalışıb. 2016-cı ildə Serj Sarkisyanın prezidentliyi dövründə ədliyyə nazirinin müavininin köməkçisi olub.

İstintaq Komitəsinin sədri, 43 yaşlı Artur Sarkisyan Serj Sarkisyanın prezidentliyi illərində, 2013-2017-ci illərdə Şirak prokurorunun müavini, ondan əvvəl isə Lori prokurorluğunda çalışıb.

Dövlət Gəlirləri Komitəsinin sədri vəzifəsinə namizədliyi irəli sürülən 33 yaşlı Eduard Akopyan da Serj Sarkisyanın prezident olduğu illərdə Maliyyə Nazirliyində fəaliyyətə başlayıb, Makroiqtisadi siyasət departamentində müxtəlif vəzifələrdə çalışıb.

Ərazi idarəetmə naziri, 33 yaşlı Davit Xudatyan da əvvəllər kredit təşkilatı mütəxəssisi olub, o, “Mülki müqavilə”nin üzvü olaraq, 2018-ci il inqilabının fəal iştirakçılarıdan biridir, bu sıradan o, yüksək vəzifəyə yeni təyin olunmuş məmurdur.

Paçinyanın təsnifinə görə, bütün digər üzvlər inqilabdan əvvəl vəzifə tutan ikinci qrupa aiddir, lakin inqilabdan sonra potensiallarını reallaşdırmaq üçün daha geniş imkanlar əldə ediblər.

Öz təyinat formulunu təqdim edən Nikol Paşinyan yaxın gələcəkdə başqa formulların da tətbiq olunacağını istisna etməyib, lakin təsvir etdiyi formulların kadr siyasətinin sütunlarına çevriləcəyini bildirib.

Paşinyan ötən həftə mətbuata istefalar haqda deyib ki, keçmiş məmurlar öz sahələrində çox ciddi sistem dəyişiklikləri həyata keçirdilər, lakin həmin sistemin tərkib hissəsi olmaqla, eyni tempi təmin edə bilmədilər.

Yeri gəlmişkən, Paşinyanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri postuna hələ də təyinat həyata keçirməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Chosen
12
azpolitika.info

1Sources