EN

Banklarda əhalinin müddətli əmanətləri oktyabrda cüzi artıb

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.5%-i və ya 34 milyard 373.9 milyon manat.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin Oktyabr buraxılışında bildirilir.

Qeyd edilib ki, depozit portfelinin 59.4%-i (20 milyard 404.3 milyon manat) hüquqi şəxslərin, 40.6%-i (13 milyard 969.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 milyard 216.4 milyon manat) milli valyutada, 34%-i (4 milyard 753.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 milyard 314.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9% və ya 72 milyon manat artmışdır.

Hüquqi şəxslərin tələbli depozitləri 14 milyard 979.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4%-ni təşkil etmişdir. 

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir.

depozit portfeli
Chosen
19
marja.az

1Sources