Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin noyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, problemli kreditlər 2023-cü ilin eyni dövrünə nisbətən isə 8.9% artıb.
Noyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.