Almaniyanın keçmiş kansleri Angela Merkel "Azadlıq" kitabının təqdimatında deyib ki, NATO Rusiyaya qarşı tezliklə həqiqətən inandırıcı çəkindirmə sistemi yaratmalıdır...
Poliqon xəbər verir ki, bu barədə "Zeit" portalı məlumat yayıb.
"Yaxın gələcək üçün etibarlı çəkindirmə sistemi yalnız NATO çərçivəsində mümkündür. Avropa tək başına buna nail ola bilməz. Sanksiyalar hələ də kifayət deyil, çünki bunlar Rusiya prezidenti Vladimir Putinin silah artımı ilə ayaqlaşa bilməyib", deyə Merkel vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, ABŞ-da prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə belə bir sistemin yaradılması əvvəlkindən daha böyük çətinliklərlə dolu olacaq.
"ABŞ üçün Rusiya və Çinin yaratdığı çətinlikləri nəzərə alaraq, Avropada müttəfiqlərin olması vacibdir", deyə Merkel bildirib.
Bundan əvvəl NATO Parlament Assambleyası alyansı nüvə təhlükəsini nəzərə alaraq Rusiya Federasiyasının cilovlanması üçün yeni yanaşma hazırlamağa çağırıb. Bu, Rusiyanın ən son orta mənzilli "Oreşnik" raket kompleksinin Ukraynadakı "Yujmaş"a hücumu fonunda baş verib.
Poliqon.info