EN

COP29 yüksək səviyyədə təşkil edildi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

“İqlim dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının – COP29-un Azərbaycanda keçirilməsi və uğurlu nəticələri əyani formada sübut etdi ki, ölkəmiz qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edərək, onları böyük müvəffəqiyyətlə keçirə bilər.  COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və Fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Əldə olunan irəliləyişlər iqlim fəaliyyətində çox mürəkkəb və ziddiyətli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin uzunmüddətli səmərəli diplomatiyasının nəticəsidir. “İqlim dəyişmələri haqqında BMT-nin çərçivə Konvensiyasının” iştirakçı-dövlətləri konfransının uğurla başa çatması qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi yaddaşlarda qalacaq və bir daha Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun mühüm indikatoru oldu.

Üstəlik, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Bir sözlə, suyu bulandırıb balıq tutmaq tutmaq istəyənlər vardı.

Ancaq onların xəyalları suya düşdü, Azərbaycan tərəfinin öz üzərinə düşən işləri hərtərəfli peşəkarlıqla görməsi bədxahlara “təşkilatçılıq zəif idi”, “təhlükəsizlik qaydalarında boşluqlar vardı” kimi demaqoqluqlar etməyə imkan vermədi.

Bir sıra xarici və yerli dairələrin ən çox toxunduqları məqam COP29-da iştirak edən ölkələrin və onların təmsilçilərinin sayı ilə bağlıydı. Açılış günündən sonrakı günlərdə məlum oldu ki, narahatlığa əsas yoxdur, qonaqların sayı kifayət qədərdir,

Az tanınan və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin sammitdə və müzakirələrdə həvəslə iştirak etmələrinin bir səbəbi də o idi ki, bu sammitin nəticələrindən asılı olaraq onlar böyük maliyyə yardımları ala bilərdilər.

Belə dövlətlər öz məqsədlərinə müəyyən mənada çatdılar.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı

Chosen
21
ikisahil.az

1Sources