Yunanıstana qaçarkən yaxalanan 3 FETÖ/PDY və 1 terror təşkilatı PKK şübhəlisi həbs edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Ədirnə bölgəsində baş verib.
Təhlükəsizlik qüvvələri dünən həyata keçirdikləri əməliyyatlarla Meriç rayonundakı 1-ci dərəcəli hərbi qadağa zonasında qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istəyən FETÖ/PDY şübhəlilərini saxlayıb.
Şübhəlilər polis əməliyyatlarının ardından ədliyyəyə sövq edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Oksana