EN

TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cı görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Özbəkistan Respublikasının Daşkənd şəhərində ÖzbəkistanRespublikasının Mədəniyyət Nazirliyi yanında MillətlərarasıMünasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsininev sahibliyi ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinDiaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin 6-cıgörüşü keçirilib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, görüş zamanı TDT baş katibinin müavini MereyMukazhan və qurum rəhbərləri təşkilata daxil olan ölkələrindiasporlarının hazırkı vəziyyəti ilə bağlı mühüm məsələlərətrafında geniş müzakirələr aparıb. Tərəflər diasporlarlaəməkdaşlığın və koordinasiyanın təkmilləşdirilməsi istiqamətindəsəylərin, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsiproqramlarının effektivliyinin və diaspor potensialınınartırılması, həmçinin gənclərin iştirakı ilə keçiriləcək TürkDiaspor Forumunun təşkili ilə yanaşı, TDT-nin gənclik, iqtisadi vəakademik təşəbbüslərində türk diaspor nümayəndələrinin daha genişiştirakının təmininə diqqət yetirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevçıxış edərək görüş iştirakçılarına Komitənin sədri Fuad Muradovunsalamlarını çatdırıb. Sədr müavini Türkdilli Dövlətlərin ƏməkdaşlıqŞurasının Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvandakeçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasənyaradıldığından bəhs edib. Azərbaycan və Türk DövlətləriTəşkilatına daxil olan ölkələr arasında əlaqələrin inkişafının sonzamanlar daha da intensiv xarakter aldığını söyləyib. TDTçərçivəsində qəbul olunmuş Türk Diasporunun Birgə FəaliyyətStrategiyasına əsasən keçirilən ikitərəfli, o cümlədən çoxtərəfligörüşlərin, müxtəlif proqram və forumların əlaqələrin daha dagenişlənməsinə xidmət etdiyini bildirib. Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşadakeçirilən V (Zəfər) Qurultayında çıxışı zamanı milli kimliyininqorunmasına önəm verilməsi, buna uyğun olaraq bazar günüməktəblərinin təşviq edilməsini tədbir iştirakçılarının diqqətinəçatdırıb.

Görüşdə DİDK tərəfindən 2025-ci ildə Azərbaycanda TDT-yə üzvdövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün2-ci təcrübə proqramının, Çexiyada isə Türkdilli Diasporların 3-cüPotensialartırma təlim proqramının keçirilməsinə dair razılığagəlinib.

Tədbir çərçivəsində Azərbaycan və Özbəkistan mədəniyyətlərininümayiş etdirən sərgi təşkil olunub.

TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
TDT-yə
Chosen
7
3
az.trend.az

5Sources