EN

Sabirabadda qəzaya düşənlərin SƏHHƏTİ NECƏDİR?

"Noyabrın 27-də Sabirabad rayon Minbaşı ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan 1986-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün sınığı, sol bazunun sınığı, 2011-ci il təvəllüdlü şəxsə hər iki bud sümüyünün sınığı,  2017-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, daxili qanaxma, travmatik şok diaqnozu təyin edilib. İki nəfərin müalicəsi Anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, 2017-ci il təvəllüdlü şəxs isə hazırda əməliyyat olunur.

1992-ci il təvəllüdlü şəxsi həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək olmayıb.

Nuriyyə Mikayılova

Chosen
2
4
bakivaxti.az

5Sources