EN

Avropa öz azadlığı uğrunda mübarizə aparmalıdır - AK Prezidenti

Qeyri-sabit dünyada Avropa öz gələcəyini formalaşdırmaq üçün azadlığı uğrunda mübarizə aparmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində (AP) çıxışı zamanı deyib.

"Biz öz rifahımıza və təhlükəsizliyimizə sərmayə qoymalıyıq. Həmçinin birliyimizə və dəyərlərimizə sadiq qalmalıyıq. Komandam və mən hər gün bunun üçün çalışırıq və çalışacağıq", - o qeyd edib.

AK Prezidenti yaşıl dünya üçün atılmalı olan addımlara da toxunub:

"Yaşıl, rəqəmsal və sosial keçid üçün lazım olan maliyyələşdirmənin qıfılını açmaq lazımdır. Komandadakı hər kəs innovasiya, karbonsuzlaşdırma və təhlükəsizliyə öz töhfəsini verəcək".

Chosen
7
5
bakivaxti.az

6Sources