EN

Fars millətçi-mühafizəkar dairələrinə hərdənbir belə "iynə"lərdən vurmaqda fayda var

Azərbaycan xüsusi təyinatlıları ilə İranın SEPAH-a aid xüsusi əməliyyat bölmələri arasında "Araz-2024" birgə taktiki təliminin keçirilməsi fars şovinistlərinin, panfarsçıların səslərinin xırp kəsilməsinə səbəb olub.

Son illərdə Azərbaycan əleyhinə həyasız açıqlamalar verən SEPAH generallarının, Azərbaycanın cəzalandırılmasını tələb edən İran deputatlarının və anti-Azərbaycan xarakterli yazılarla çıxış edən təxribatçı ekspertlərin, jurnalistlərin də səsini artıq eşitmirik.

Sanki gölə daş atmışıq və bu üzdən bütün "qurbağa"lar (fars-molla rejiminin təbliğatçıları) susublar.

Azərbaycan belə bir ortaq təlimin keçirilməsinə razılıq verməklə İranın bütün radikal anti-Azərbaycan qüvvələrini müvəqqəti də olsa neytrallaşdırmağa, susdurmağa nail olub.

Fars millətçi-mühafizəkar dairələrinə hərdənbir belə "iynə"lərdən vurmaqda fayda var. Bir də görəcəyik ki, birazdan hamısı tonu və mövzunu dəyişib, İran-Azərbaycan dostluğundan dəm vurur.

İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti artıq belə bir açıqlama ilə çıxış edib və İranla Azərbaycan arasında keçirilən birgə hərbi təlimi yüksək qiymətləndirib.

"İran və Azərbaycan arasında birgə təlimin əhəmiyyəti nədir?",- sualını cavablandıran Vilayəti deyib ki, "bu təlimlər İran və Azərbaycan arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin getdikcə möhkəmləndiyini göstərir".

Vilayəti İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlimi İranın ali dini rəhbərinin Cənubi Qafqazla bağlı ehtiyatlı siyasətinin nəticəsi olan mühüm hadisə kimi qiymətləndirib. Lakin əsl həqiqətdə isə bu təlim ilk növbədə məhz Azərbaycanın dinc qonşuluq və əməkdaşlıq siyasətinin nəticəsi kimi dəyərləndirilməlidir.

Axı İran tərəfindən fərqli olaraq, Azərbaycan hər zaman qonşuluq münasibətlərində xoş məram nümayiş etdirib.

Ona görə də İranın anti-türk siyasətçilərindən biri kimi tanınan və dünya mediasının da İranın “boz kardinal”ı adlandırdığı Əli Əkbər Vilayətinin Azərbaycanın xoş məramlı səylərini İranın adına çıxmaq cəhdi yersizdir.

Ümumiyyətlə, əksər qonşuları ilə zaman-zaman problemlər yaşayan İran yaxşı qonşuluq münasibətlərinin düsturunu Azərbaycandan öyrənməlidir.

Bir

P.S.

Xüsusi təyinatlılarımıza isə uğurlar!

Bəybala Mirzıyev

visiontv.az

 



Chosen
7
visiontv.az

1Sources