Trampa qarşı daha bir məhkəmə işi dayandırıldı
Corciya ştatının Atlanta şəhərində yerləşən ABŞ-nin 11-ci Dairə Apellyasiya Məhkəməsi məxfi sənədlərlə ehtiyatsız davrandığına görə seçilmiş prezident Donald Trampa qarşı apellyasiya şikayətinə xitam verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə sənəd məhkəmənin elektron məlumat bazasında dərc edilib.
“Donald Trampa qarşı apellyasiya şikayətinə xitam verilməsi barədə vəsatət təmin edilib”, - məhkəmə sənədində qeyd edilib.
2022-ci ilin avqustunda Trampın Floridadakı malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları 17-si “tam məxfi” kimi təsnif edilən 102 sənəd ələ keçirib. 2024-cü ilin iyununda məhkəmə siyasətçiyə qarşı məxfi sənədlərlə düzgün işləmədiyinə görə ittiham irəli sürüb. Onu 400 ilə qədər həbs və külli miqdarda cərimə gözləyirdi.
İyul ayında Florida ştatının Cənub Dairəsinin federal məhkəməsi bu cinayət işi üzrə bütün ittihamları rədd etmək qərarına gəlib və hakim Eylin Kennon Trampa qarşı ittihamların ləğv edildiyini bildirib. Avqust ayında xüsusi prokuror Cek Smit Kennonun qərarından apellyasiya şikayəti verib və işə yenidən baxılmasını tələb edib.
Qeyd edək ki, bu həftə Vaşinqtonda məhkəmə prokurorların tələbi ilə Trampa qarşı 2020-ci il seçki proseslərinə müdaxilə və Kapitoliyə hücumla bağlı hadisələrlə bağlı cinayət işinə xitam vermək qərarına gəlib.
Xatərladaq ki, 2023-cü ilin yayında Trampa qarşı 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi və siyasətçinin Mar-a-Laqodakı malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı bir neçə cinayət işi üzrə ittiham irəli sürülmüşdü.