EN

Çempionlar Liqasında qol və rekordlarla ZƏNGİN GÜN

Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin V turunun ilk günü statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS maraqlı faktlarla bağlı hesabat hazırlayıb.

ÇL tarixinin ikinci ən məhsuldar günündə 9 oyunda 40 qol vurulub. 2014-cü il oktyabrın 21-də eyni sayda qol 8 matça təsadüf edib. Rekord 12 görüşün baş tutduğu 1997—ci il oktyabrın 1-də qeydə alınıb – 44 top.

Cari mövsüm Liqa mərhələsinin 81 oyunundan 27-də, dünənki 9 matçın 5-də böyük hesab qeydə alınıb. Bu, görünməmiş göstəricidir.

“Bayer” – “Zalsburq” görüşündə (5:0) fərqlənən Florian Virts 21 yaşında 17-ci avrokubok qoluna sevinib. 22 yaşı tamam olana qədər yalnız Erlinq Haland (23), Kilian Mbappe (21) və Kriştiano Ronaldo (20) daha çox, Lionel Messi (17) eyni sayda qol vurub.

“Bavariya”ya 0:1 hesabı ilə uduzan PSJ tarixində ilk dəfə bir təqvim ilində 6 avrokubok məğlubiyyəti alıb.

Bu matç Manuel Noyerin 150-ci avrokubok oyunu olub. “Bavariya”nın qapıçısı qolkiperlər arasında İker Kasilyas (179), Canluici Buffon (159) və Pepe Reynadan (157) sonra dördüncüdür.

“Yanq Boyz”a 6:1 hesabı ilə qalib gələn “Atalanta”nın futbolçusu Şarl de Keteleare ÇL tarixinə bir qarşılaşmada “2+” qol və “3+” assist edən ilk oyunçu, 5 və daha çox qolda payı olan ilk İtaliya təmsilçisi kimi düşüb.

ÇL-də 5 qolda payı olan son futbolçular Neymar (“Barselona”, 2016), Serj Qnabri (“Bavariya”, 2021) və Erlinq Haland (“Mançester Siti”, 2023) olub.

De Keteleare ÇL tarixinə son 14 ildə ilk 45 dəqiqədə 3 və daha çox assist edən yeganə futbolçu kimi düşüb. 2010-cu ildə “Marsel” – “Jirona” görüşündə buna Benua Şeyru imza atıb.

“Barselona”nın “Brest” üzərindəki 3:0 hesablı qələbəsinə dublla töhfə verən Robert Levandovski ÇL tarixində 100 qol səddini aşan 3-cü futbolçudur. Onun 101, Kriştiano Ronaldonun 140, Lionel Messinin 129 qolu var.

“Leypsiq”ə 1:0 hesabı ilə qalib gələn “İnter” tarixində ilk dəfə Çempionlar kuboku da nəzərə alınmaqla ÇL-də ardıcıl 4 matçda quruhesablı qələbə qazanıb. 1966-64 və 2009-10-cu illərdə 3 belə görüş qeydə alınıb.

“İnter” ÇL tarixində mövsümün ilk 5 oyununda qol buraxmayan 3-cü komandadır. “Yuventus” 2004/05, “Mançester Yunayted” 2010/11 mövsümündə bunu bacarıb.

“Sportinq”ə səfərdə 5:1 hesabı ilə qalib gələn “Arsenal” bunadək ÇL-də rəqib meydanında keçirdiyi son 4 matçda qol vurmamışdı.

Səfərdə “Slovan”a 3:2 hesabı ilə qalib gələn “Milan” tarixində ilk dəfə ÇL-in ardıcıl üç oyununda “3+” qola sevinib. “Milan” Çempionlar kubokunda 1989-cu ildə belə seriyaya imza atıb.

“Sparta”ya 6:0 hesabı ilə qalib gələn “Atletiko”nun futbolçusu Anxel Korrea klub tarixinə ÇL-də meydana sonradan daxil olub 2 qol vuran 3-cü oyunçu kimi düşüb. Aquero 2009-cu ildə “Çelsi”, Lorente 2020-ci ildə “Liverpul”la görüşdə belə uğura sevinib.

“Atletiko” ilə ÇL-də 100-cü oyununu keçirən Koke klub tarixində bunu bacaran ilk futbolçudur.

Bu, Antuan Qrizmannın da ÇL-də 100-cü matçı olub. O, Kərim Benzema (152), Tyerri Anri (112) və Patris Evradan (108) sonra 4-cü fransalıdır.

Dieqo Simeone ÇL-də 150 oyun keçirən ikinci qeyri-avropalıdır: futbolçu kimi 40, baş məşqçi kimi 110 matç. Onadək yalnız Lionel Messi bunu bacarıb. Argentinalı ulduz futbolçu kimi 163 oyun keçirib.

İdman.biz

Chosen
10
idman.biz

1Sources