EN

Parlament bu qanun layihələrini qəbul etdi-spiker nazirə xitab etdi

Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi iki gün davam edən müzakirələrdən  sonra birinci oxunuşda qəbul edilib.

Musavat.com-un məlumatına görə spiker Sahibə Qafarova bildirib ki, müzakirələrdə 30 deputat çıxış edib və hər kəsə söz verilib. 

S.Qafarova nazir Sahil Babayevə xitabən hər bir müraciətə fərdi qaydada araşdırmalar aparılmasından sonra cavab verilməsini xahiş etdi. Eyni zamanda spiker sessiyanın gedişində parlamentdə dinləmələrin keçirilməsini, həmçinin komitə sədrlərinin əhalinin maarifləndirilməsi üçün efirlərdə çıxış etmələrini tövsiyə etdi.

E.Paşasoy,

Musavat.com

Chosen
3
musavat.com

1Sources