EN

Paşinyan Astanaya getməyəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Təhlükəsizlik Şurasının noyabrın 28-də, Qazaxıstanın Astana şəhərində keçiriləcək sammitində iştirak etməyəcək. 

Bu barədə Ermənistan hökumətinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. O qeyd edib ki, respublikanın KTMT təşkilatının fəaliyyətindəki iştirakını dondurmaq mövqeyi dəyişməyib.

Hürr Tərcüman

Chosen
6
hurriyyet.az

1Sources