EN

İslamabadda İmran Xanın tərəfdarları kütləvi etiraz aksiyası keçiriblər » AzadMedia.az


Noyabrın 26-da İslamabadda Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları kütləvi etiraz aksiyası və hüquq-mühafizə orqanları ilə toqquşma zamanı hakimiyyətdən kənarlaşdırıldıqdan sonra bir neçə cinayət işində təqsirli bilinən keçmiş baş nazir İmran Xanın azadlığa buraxılmasını tələb edirlər. Xanın tərəfdarlarının qarşısını almaq üçün hakimiyyət yolları bağlayıb, həmçinin ordu hissələrini də cəlb edib.

Ölkənin hər yerindən İmran Xanın ardıcılları İslamabada yürüş ediblər. Etirazçılar əksər hökumət binalarının, səfirliklərin və beynəlxalq təşkilatların ofislərinin yerləşdiyi “qırmızı zona” adlanan əraziyə çatıblar. Polis gözyaşardıcı qazla onların qarşısını almağa çalışıb. Aksiyada keçmiş baş nazirin bir müddət əvvəl həbsdən çıxan həyat yoldaşı Büşra Bibi də iştirak edib.

Pakistanda vəziyyətin gərginləşməsindən əvvəl Şrinaqar şossesində insident baş verib. Çərşənbə axşamı səhər İmran Xanın tərəfdarlarını daşıyan avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb, nəticədə dörd mühafizəçi həlak olub. Bundan sonra İslamabadın baş prokuroru Əli Nasir Rizvi etirazçılara heç bir güzəşt olmayacağını bəyan edib.

Bununla belə, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi təhlükəsizlik xidmətinin 120-yə yaxın əməkdaşının, əsasən də polisin yaralandığını bildirib. Onun sözlərinə görə, müxtəlif şəhərlərdə etiraz aksiyaları və qarşıdurmalar zamanı İmran Xanın yüzlərlə tərəfdarı həbs edilib.

Keçmiş baş nazir Pakistanın “Təhrik-i-İnsaf” (“Ədalət Uğrunda Hərəkat”) partiyasına rəhbərlik edir, bu partiya bu il keçirilən seçkiləri nəzərə alaraq təkcə öz liderinin azadlığa buraxılmasını deyil, həm də mövcud hökumətin istefasını tələb edir.
Chosen
2
1
azadmedia.az

2Sources