EN

Fransada qeyri-qanuni miqrantların sayı artıb

Fransada qeyri-qanuni miqrantların sayı sürətlə artır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Məlumata əsasən, qeyri-qanuni mühacirlərin sayının artması ölkədə qanuni yaşayan əcnəbilərin sayının artımını üstələyir ki, bu da 10 il ərzində 34% təşkil edib.

Bildirilib ki, bu narahatedici dinamika Fransada miqrasiya haqqında yeni qanununun müzakirəsi obyektinə çevrilə bilər.

Fransa hakimiyyəti 2025-ci ildə yeni miqrasiya qanunu qəbul etməyi planlaşdırır. Yeni tənzimləmə tələbləri sentyabr ayında 19 yaşlı fransız tələbənin qeyri-qanuni miqrant tərəfindən öldürülməsindən sonra yaranıb.

Chosen
22
operativmm.az

1Sources